6 Ekim 2009 Salı

“Muğam Fırtınasının” iştirakçıları Gün.Az.Tv-nın qonağı oldular.

22-27 sentyabr 2009 cu il tarixində Türkiyədə keçirilən və böyük marağa səbəb olan “Muğam Fırtınasının” iştirakçıları Azərbaycan Akademik və Dövlət Opera Balet teatrının solisti, Mütəllim Dəmirov və Azad Azərbaycan televiziyasında yayımlanan “2007 Xalq ulduzu” yarışmasının finalisti İlahə İbadova Güney Azərbaycan Televiziyasında (Günaz.tv) yayımlanan “Persona” verilişinin qonağı oldular.

İlk öncə onu deyək ki, tədbirlərin əsas təşkilatçısı və təşəbbüskarı İzmir Azərbaycanlıları Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğludur və bunun yanaşı İğdırda Kamu-Senin İğdır üzrə nümayəndəsi Cafər Alakaş, İzmir Azərbaycanlıları Dərnəyinin keçmiş başqanı Hüseyin Kəsəmən, Qarsda isə Azərbaycanlıların Dərnəyinin başqanı Murtuza Karaçanta və təşkilatın idarə heyyəti, Ankarada İğdır Azərbaycanlıları Dərnəyinin başqanı Ənvər Türkoğlu, İstambulda Azərbaycan Kültür Evinin başqanı Erolla Güllu, Hikmət Alp və s fədakar insanların köməyliyi ilə baş tutdu.

Verilişin aparıcısı tanınmış publisist Mehriban Vəzir hər iki qonağı salamladıqdan sonra onları Türkiyədə uğurlu ifalarını görə təbrik etdi. Mehriban Vəzir Azərbaycan xalqının mənəvi dəyərlərindən olan muğamın hal hazırda dünyada get getə böyük marağa səbəb olduğunu və muğam fırtınası adlı tədbirin keçirilməsi mədəniyyətimizin inkişafına təkan verəcəyini və belə tədbirlərin təkcə Türkiyədə yox, başqa ölkələrdə keçirilməsini arzuladı.

Azərbaycan Akademik və Dövlət Opera Balet teatrının solisti, Alim Qasımovun tələbəsi Mütəllim Dəmirov Türkiyənin beş şəhərində İğdır, Qars, Ankara, İzmir, İstambul şəhərlərində gözəl muğam konsertləri keçirildiyini bildirdi və məhz buna görə Azərbaycan Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlu başda olmaqla tədbirin keçirilməsində əməyi olan təşkilatlarçılara öz minnatdarlığını bildirdi və “2007 Xalq ulduzu” yarışmasının finalisti İlahə İbadova belə tədbirlərin iştirak etdiyinə görə özünü xöşbəxt insan saydığını və gələcək planları ilə bağlı fikirlərini bildirdi. İlahə xanım hər zaman Azərbaycan muğamlarını dünyanın müxtəlif yerlərində ifa etməyi özünə şərəf bildiyini və bundan qürur hiss keçirir. Sonra hər iki qonaq gələcək planları ilə bağlı danışdılar.

Hiç yorum yok:

Yorum Gönder